Pünhan İsmayıllı - Nifrət - Həmin Zaur

1 May 2021
2 421 Baxış

Dedin bu qanadla necə uçarsan,
Özünü ələ al, könlünü uyut.
Deyirsən nifrət et mənə bacarsan,
Nifrət et, bu vaxtsız sevdanı unut.
Sarmaşıqdan çəpər çəkmişəm ki mən
Nə baxım, nə görüm, nə yetim sənə.
Şuluq uşağını tənbeh eyləyən
Ana qəzəbidir nifrətim sənə.
Bulud yağışını əsirgəyəndə,
Torpaq cadarlanıb "yandım" deyəndə,
Baxma o torpağın qarğışlarına;
O yenə üzünü
Bir vüsal günü
Sürtər o buludun yağışlarına.
Mənim də nifrətim, qarğışım belə,
Mənim də qəzəbli baxışım belə.
Bülbül yuvasına toxunsan biri
Daha o budağa dönməz quşcuğaz.
Sızıldar canında bir yuva yeri
Amma yuvasına nifrəti olmaz.
Mənim də küsməyim, dönməyim belə.
Könlüm yana-yana sönməyim belə.
Çəmən ayrısının, çöl ayrısının
Mənim o çəməndən gülümü göndər.
Nifrəti ölümdür bal arısının
Sancdımı, özü də məhv olub gedər.
Buludum, yağışım, yuvam, pətəyim,
Yoxluğumdur sənə nifrət etməyim.
Musa Yaqub
Copyright © ARB TV
ARB TV kanalına abunə olun: bit.ly/3jXlQkC
Sayt: arbtv.az
Facebook: facebook.com/arbtelevision
Instagram: instagram.com/arbtv.az
Teleqram: t.me/arbtvaz
Twitter: twitter.com/arbtv_az
ARB TV - Azerbaijan Republic Broadcaster - Azərbaycanın Respublika Yayımçısı.
2 illik fəaliyyətin ardından öz brendini yeniləyən ARB TV, 19 sentyabr 2016-cı il tarixindən etibarən yeni ad və yeni efir konsepsiyası ilə yayımdadır.
Sosial yönümlü verilişlər, operativ informasiya proqramları, realiti-şoular, müxtəlif mövzulu gündüz proqramları ARB TV-nin yayım siyasətinin əsasını təşkil edir.
ARB TV-ni bütün ölkə ərazisində açıq yayımda izləmək mümkündür. Telekanal kabel televiziya operatorları vasitəsilə və peyk üzərindən də yayımlanmaqdadır.

Şərh
  • 🙏🤲👍👌чох моктешам гонаглар саламлайырыг

    Тамелла ЗакиеваТамелла Закиева11 gün əvvəl
  • azlabel.info/news/video/fKStuYCupoRuzJo.html

    zaur yerazzaur yeraz11 gün əvvəl
  • azlabel.info/news/video/fKStuYCupoRuzJo.html

    zaur yerazzaur yeraz11 gün əvvəl
  • azlabel.info/news/video/fKStuYCupoRuzJo.html

    zaur yerazzaur yeraz11 gün əvvəl
AZlabel